“Human Rights Watch” adlı təşkilatın “hesabatları” ciddi qəbul edilmir QƏRƏZ VƏ XƏYANƏT
"Human Rights Watch" təşkilatı növbəti dəfə Azərbaycanla bağlı qərəzə, böhtana sökənən hesabat yayıb. Ümumiyyətlə, Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söykənən inkişaf trayektroyasını genişləndirməsi bir sıra beynəlxalq qurumların, o cümlədən, "Human Rights Watch"ın zaman-zaman təşvişinə səbəb olub. Söz yox ki, bu qurumun fəaliyyət prinsipi bilavasitə inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətlənib və Azərbaycan bu sıralamada daim hədəfə götürülməkdədir. O, sirr deyil ki, "Human Rights Watch" kimi təşkilatlartın qərəzləəri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər.
"Human Rights Watch" hər il demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə rəqəm dəyişikləri edir
Lakin çirkli pullar, siyasi korrupsiya hesabına "hesabatlar" yayan belə ikiüzlü qurumlara artıq inanan da yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub. Məsələn, üzə çıxan və ifşa olunan məqamlardan biri də budur ki "Human Rights Watch" hər il demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla sadəcə rəqəm dəyişikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxarmış olur.
Digər tərəfdən, o da gizlin deyil ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal, dağıdıcı siyasi partiyaların əməyindən "faydalanır". Ona görə də "Human Rights Watch" təşkilatı öz ciddiliyini itirib. Yəni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən söhbət gedə bilməz.
Sən demə, əfv "ədalətli" hal deyilmiş (?!)
Burada bir neçə məqama nəzər salaq. Məsələn, ölkə rəhbərliyinin humanist addımlarına kölgə salmağa cəhd edən "Human Rights Watch" iddia edir ki, Azərbaycanda hər il reallaşdırılan əfv fərmanları (burada müxtəlif cinayətlər törətmiş, vəzifə səlahiyyətlərinə aid olmayan qanunsuzluqlara yol vermiş jurnalistlər nəzərdə tutulub) sən demə, "ədalətli" hal deyilmiş (?!-R.N.) Maraqlıdır, əgər həqiqətən də belədirsə, bu zaman nəyə görə həmin təşkilat Qərbdə müxtəlif xüsusi xidmət orqanları tərəfindən təqib olunan jurnalistlərin hüquqlarının müdafiəsinə qalxmır? Əgər bu qurum bu qədər ədalətsevərdisə, fəaliyyət göstərdiyi məkandan minlərlə km aralıdakı hadisələri deyil, Qərbdə - burnunun ucunda yaşanan qeyri-insani davranışlara, anti-demokratik meyllərə hesabat hazırlayardı.
Əli Kərimli, Arif Hacılı və s. tipli şəxsi mənfəət güdənlər toplumu bu sualın cavabını verə bilmirlər
Vaxtilə həbsdə olmuş bir çox jurnalist azadlığa çıxdıqdan sonra yenidən fəaliyyətə başlayaraq rahat şəkildə peşələrini icra edirlər. "Human Rights Watch" isə iddia edir ki, onlar peşə fəaliyyətlərini bərpa etməkdə çətinlik çəkirlər. Biz, ən azından məlum səbəblərə görə fəaliyyəti dayandırrılmış "Xural" qəzetinin baş redkatoru olmuş Əvəz Zeynallını göstərə bilərik. O cümlədən, bu sıralamaya laızm gələrsə, daha çox ad və soyadları əlavə edərik. Sual isə belədir ki, maraqlıdır, məgər Əvəz Zeynallıya, yaxud da digər "müxalifətçi" jurnalistlərə öz işlərini görməyə (əlbəttə ki, qərəz, şantaj və dövlətçilik maraqları olmasa) hər hansı bir maneə varmı? Varsa onda o necə fəaliyyət göstərir? Təəssüf ki, "Human Rights Watch", onun erməni maliyyəçiləri, həmçinin erməni lobbisinin tərkib hissəsinə çevrilmiş Əli Kərimli, Arif Hacılı və s. tipli şəxsi mənfəət güdənlər toplumu bu sualın cavabını verə bilmirlər.
Radikal dini terrorçuları, məişət cinayətləri törədən "müxalifətçiləri" daha kimləri və kimləri ortaya ataraq onların adlarını "siyasi məhbus" qoyan bu qərəzli və siyasi həyasızlıq tərənnümçüsü bəlkə də özü də öz "hesabatına" inanmır
Daha bir qeyri-real və gülünc iddia ilə tanıpş olaq. "Human Rights Watch" iddia edir ki, guya "basqı" və "təzyiqlər" səbəbindən həbxanadan azad edilmiş hüquqşünas İntiqam Əliyev, jurnalistlər Rauf Miqrqədirov və Xədicə İsmayılova heç bir xarici ölkəyə səfər edə bilmirlər (??!!) Onda daha bir sual yaranır ki, İntiqam Əliyev və Xədicə İsmayıl həbsdən azadlığa çıxdıqdan sonra "yekə-yekə" bəyanatlar verərək, xaricə getməyəcəklərini, "sona qədər ölkədə qalıb mübarizə aparacaqlarını" iddia edirdilərsə, indi nədən öz sözlərinin üzərində dayanmağa cürət etməyərək, xaricə qaçmağa açlışırlar? Çünki bəlli olduğu kimi, həm Xədicə İsmayıl, həm İntiqam Əliyev həm də Rauf Mirqədirov sosial mediada kifayər qədər aktivdirlər və zaman-zaman onlar ölkədə fəaliyyət göstərən medialarda çıxışlar edirlər. Onlara bu məsələdə heç bir sədd, baryer qoyulmur. Demək, onlar sadəcə xaricə mühacirət etmək üçün uzun illər anti-Azərbaycan fəaliyyəti göstərərək, sonradan erməni lobbisinin pul-paraları vasitəsilə yenə də Qərbdəki ermənilərin qucaqlarına oturmaq arzusu ilə alışıb-yanırlar. Adənə da qoyurlar ki, "hakimiyyət bizi ölkədən çıxmağa icazə vermir". Buna isə ən alçaq şantaj, və rəzil siyasi qaraçılıq üsulu deyilir.
Ümumiyyətlə, "Human Rights Watch"ın Azərbaycanla bağlı hesabatı heç nəyi dəyişməyib və həmin çirkin ənənə davam edir. Radikal dini terrorçuları, məişət cinayətləri törədən "müxalifətçiləri" daha kimləri və kimləri ortaya ataraq onların adlarını "siyasi məhbus" qoyan bu qərəzli və siyasi həyasızlıq tərənnümçüsü bəlkə də özü də öz "hesabatına" inanmır. Lakin inansa da inanmasa da fakt budur ki, "Human Rights Watch" adlı təşkilat ciddi qəbul edilmir və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti olmayıb, yoxdur, olmayacaq da...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB