"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb" Politoloq

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb" Politoloq

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı çox maraqlı nümunələr göstərdi". Bunu SİA ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Azərbaycan Qoşulmama hərəkatının fəal üzvüdür, eyni zamanda müsəlman alyansına da maraq göstərir: "Müsəlman alyansı aparıcı müsəlman dövlərlətini birləşdirən bir siyasi təşkilat kimi formalaşmaqdadır. Azərbaycanın gələcəkdə bu təşkilata qoşulmasını istisna etmirəm". Politoloq vurğulayıb ki, dövlət başçısının da qeyd etdiyi kimi Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutanların sayı xeyli artıb: "Hətta Prezident buna misal kimi KTMT-nin daxilində Azərbaycanın mövqeyini müdafiə edənlərin az olmadığını göstərdi. Söbət Qazaxıstandan, Belarusdan, hətta Qırğızıstandan gedir. Dövlət başçısı əlavə etdi ki, əgər Ermənistanı müdafiə edənlər olmasa, işğalçı dövlət bizim qarşımızda bir həftə də dayana bilməz. Bütün bunlar isə onu göstəriri ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər nikbindir, bu məsələ xarici siyasətmizdə əsas yer tutur və onun beynəlxalq ictimai rəydə əks olunması üçün səylər davam edir. Bu il bir qədər ağır il olsa da, Ermənistan danışıqlardan imtina etsə də, Azərbaycan hansı yolla olursa olsun öz torpaqlarını azad edəcək, ərazi bütövlüyünün təmininə nail olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə