ABŞ –ın yeni siyasətində aparıcı qüvvələrin biznesmenlərdən təşkil olunmması faktı reallaşmaqda davam edir. Belə ki, bu dəfə Texasdan olan amerikalı biznesmen Reks Tillersonun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən dövlət katibi postuna namizədliyi irəli sürülüb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Tramp özü tərəfindən formalaşdırılan yeni administrasiyasında məhz Tillersonun dövlət katibi postuna ən layiqli namizəd olduğu qənaətinə gəlib. Texaslı biznesmenin adıçəkilən posta namizədliyinin təsdiq olunması prosesi isə nə az, nə çox – 9 saat çəkib.
Müzakirələrdən sonra dövlət katibliyinə namizəd deyib ki, o xarici siyasətdə Trampın yürütdüyü siyasəti davam etdirəcək. O, bunu belə əlaqələndirib ki, dövlət katibi məhz prezidentə işləməlidir.
Müzakirələr zamanı Tillersondan onun qısa müddətdir ki, tanış olduğu seçilmiş prezident Tramp haqqında soruşublar. O, bununla bağlı bildirib ki, dövlət katibi postuna namizədliyinə məhz Trampdan onun sözlərini eşidəcəyi vədini aldıqdan sonra razı olub. Beləliklə, hazırkı dövlət katibi Kerrinin sələfinin biznesmen olacağı ehtimalları demək olar ki, reallığa yaxındır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB