Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. Bu barədə SİA-ya AŞ-nın Bakı ofisindən məlumat verilib.
Səfərin əsas məqsədi Azərbaycanın qurum qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirməkdir. Həmməruzəçilər Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirəcək.
Onların vətəndaş cəmiyyətinin, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər yanvarın 14-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB