Tramp: “Məgər biz nasist Almaniyasında yaşayırıq?!” SAXTA İTTİHAMLAR

Tramp: “Məgər biz nasist Almaniyasında yaşayırıq?!” SAXTA İTTİHAMLAR

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ötən gün bəyan edib ki, Rusiya heç vaxt ona təsir etməyə cəhd göstrməyib və onun bu ölkəilə heç bir şəxsi bağlantıları yoxdur. "Rusiya heç vaxt mənə təsir etməyə cəhd göstərməyib. Mənin Rusiya ilə heç bir işim yoxdur: nə işgüzar baxımından, nə kredit nə də digər sahələrlə bağlı!", - deyə o, tvitterdəki rəsmi səhifəsində qeyd edib.

Tramp həmçinin əlavə edib ki, onun ədalətsiz və cığal rəqibləri seçkilərdə əldə etdiyi qələbəsini "fike" xəbərlərini dərc etməklə gözdən salmağa cəhd göstərirlər. Onun sözlərinə görə, xüsusi xidmət orqanları bu kimi saxta informasiyaların KİV-lərə yol açmasının qarşısını almalıydı. "Bu, mənə tərəf açılan son atəş idi. Məgər biz nasist Almaniyasında yaşayırıq?!".

Daha öncə bir sıra Qərb KİV-lərində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqqında Rusiyada kompromatların toplanması barədə yazılar dərc edilmişdi. Əvvəlcə CNN həftənin çərşənbə axşamı günündə ABŞ kəşfiyyatının Rusiyanın Tramp haqqında kompromat toplaması haqqında hesabatını açıqlamışdı, daha sonra "BuzzFeed" portalı həmin hesabatı təsdiq edən digər sənədi dərc edərək ictimailəşdirmişdi.

Sənədin tam mətnində bir neçə ayda toplanmış məlumatlar qeyd olunub. Portalın yazdığına görə, ABŞ Federal Araşdırmalar Bürosunun, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli təhlükəsizlik Bürosunun əməkdaşları məhz Brtitaniya kəşfiyyatının əməkdaşı vasitəsilə araşdırmalarını aparıblar. Hətta amerikalı xüsusi xidmət orqanları britaniyalı kəşfiyyatçını "etibar qazanmış şəxs" kimi qəbul edirlər.

Tramp isə bütün bunları yalan adlandıraraq, onun haqqında dərc edilən məlumatları yaymış BuzzFeed portalının jurnalist etikasını pozduğunu da bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə