Aydın Hüseynov: “Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev “Səs” qəzetini özünün ən sevimli qəzeti kimi qiymətləndirmişdi” TƏBRİK
""Səs" qəzetini 26-cı ildönümü ilə əlaqədar hər şeydən əvvəl qəzetin yaradıcı kollektivini, redaksiya heyətini ürəkdən təbrik edirəm. Bu neçə illərdə "Səs" qəzetinin redaksiyasında, bu qəzetin kollektivində çalışan insanların fədakar əməyini yüksək qiymətləndirirəm. Çünki bu fəaliyyət daim dövlətçiliyimizin möhkəmləndirilməsində, inkişaf etdirilməsində xüsusi rol oynayıb, bu gün də davam etməkdədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov "Səs" qəzetinin növbəti ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib.
"Arzu edirəm ki, bu qəzet daha böyük yaradıcı uğurlara imza atsın. Çünki hər şeydən əvvəl "Səs" qəzeti bir yaradıcı və qələm əhlinin toplaşdığı bir təşkilat olmaqla yanaşı, eyni zamanda, siyasi bir təşkilatdır"-deyə qeyd edən millət vəkili həmçinin bildirib ki, məhz Azərbaycanın tərəqqi və inkişafı faktorunda "Səs" qəzetinin də özünəməxsus payı vardır: "Əbəs yerə deyil ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının ən mübariz qəzeti kimi qiymətləndirilməkdədir. Bu qəzet Azərbaycanın ikinci müstəqilliyi ilə yaşıddır, tariximizin şanlı səhifələrindən biridir və yarandığı dövrdən başlayaraq dövlətçilik uğrunda mübarizəyə qoşulub. Əlbəttə ki, ziyalılarımızın "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciəti, eləcə də Ulu Öndər Heydər Əliyevin bu qəzet vasitəsilə ünvanladığı tarixi cavabı da belə qənaətə gəlməyə əsas verir ki, həmin dövrlərdə Azərbaycanda baş verən xaos və anarxiyanın qarşısının alınmasında "Səs"in şücaəti kifayət qədər böyükdür. Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev "Səs" qəzetini özünün ən sevimli qəzeti kimi qiymətləndirmişdi".
"Mən fürsətdən istifadə edərək, qəzetin ilk baş redaktoru Ağabəy Əsgərovu, hazırkı baş redaktoru, dəyərli dostum və əqidədaşım Bəhruz Quliyevi, eləcə də "Səs" qəzetində çalışmış, bu gün də fəaliyyət göstərən nümunəvi kollektivi 26-cı ildönümü münasbəti ilə təbrik edirəm"-deyə vurğulayan Aydın Hüseynov eyni zamanda bildirib ki, bu mətbu orqanda çalışan əməkdaşlar bir ziyalı, yazıçı, bir qələm əhli olmaqdan daha çox bir vətənpərvər insan, eyni zamanda, öz ölkəsinin, xalqının mənafeyini maraqlarını hər şeydən üstün tutan əsil vətəndaşlar kimi çıxış ediblər. O cümlədən, "Səs" qəzeti dayanmadan inkişaf edir və ölkənin media sahəsində aparıcı saytı, internet televiziyası ilə öndə gedən media qurumuna çevrilib. Biz, bu uğurlara sevinir və alqışlayırıq: "Mən bir daha dəyərli "Səs"çiləri ürəkdən təbrik edirəm və arzu edirəm ki, "Səs" qəzeti xalqımızın dövlətimizin uğurlarının səsini sədasını bütün dünyaya çatdırsın. Demək olar ki, "Səs" qəzeti ölkəmizin ikinci müstəqillyi ilə yaşıddır. Bu illər ərzində görülən bütün işlərdə qəzet bilavasitə yaxından iştirak edib. Amma hələ dövlətimiz və xalqımız üçün görüləsi işlər çox olduğu üçün hesab edirəm ki, "Səs" qəzetinin bu missiyası da uğurla davam edəcək".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB