"Bu yolda davam edəcəyik" Ərdoğan

"Bu yolda davam edəcəyik" Ərdoğan

"İŞİD bəhanə gətirərək Suriyanı hər gün bombalayıb yox edənlərin əsil niyyətlərinin nədən ibarət olması Türkiyənin meydana daxil olub terror qruplaşmasına qarşı mübarizəyə başlaması ilə bəlli oldu". SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünənə qədər bizə "niyə bu təşkilatla mübarizə aparmırsınız?" deyənlərin bu gün qarşımıza çıxıb nə söylədiklərini bilirsinizmi? Bizə deyirlər ki, daha çox irəli getməyin, 20 kilometrdə qalın. Elə şey yoxdur, terrorçular təmizlənənə qədər bu yolda davam edəcəyik", deyə Ərdoğan əlavə edib..

Bütün xəbərlər Facebook səhifəmizdə