Rusiya Suriyadakı hərbi qüvvələrini azaltmağa başlayıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ərazini ilk olaraq "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi, "Pyotr Velikiy" kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib. Onun sözlərinə görə, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.
V. Gerasimov əlavə edib ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu, beynəlxalq terror qruplaşmalarına qarşı aparılan əməliyyatlara aid deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB