Türkiyə parlamentində ölkənin prezident respublikasına keçidi ilə bağlı qanun layihəsi təqdim olunub. SİA Anadolu agentliyinə istinadən xəbər verir ki, layihədə baş nazir postunun buraxılması, deputatlığa namizədin yaş həddinin 25 yaşdan 18 yaşadək azaldılması da qeyd olunub.
Türkiyə konstitusiyasında edilməsi gözlənilən dəyişikliklərlə bağlı qanun layihəsi 316 deputatı ilə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyasının deputatları və parlament komitəsinin birgə təşəbbüsündən sonra dəstəklənib.
Qanun layihəsində hakimiyyətin prezident və vitse-prezident tərəfindən idarə olunması bildirilib. Eləcə də parlamentarilərin sayı 550-dən 600-ə qədər artırılacaq.
Qanunun qəbul olunması üçün layihəni 330 deputat dəstəkləməlidir. Məhz bundan sonra referenduma hazırlıq işlərinə başlanılacaq. Qeyd olunur ki, əgər gecikmələr baş verməsə, referendum 2017-ci ilin mart ayında keçirilə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB