ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan Azərbaycan sərhəddində baş vermiş insdentdən təəssüfləndiyini açıqlayıb və həlak olanların yaxınlarına başsağlığı verib. SİA-nın məlumatına görə, bu barədə "news.am" saytı xəbər yayıb. Həmsədr deyib ki, baş vermiş bu toqquşma regionda uzunmüddətli sülhün əldə edilməsi üçün danışıqların irəliyə aparılmasının əhəmiyyətini göstərir: "Daha əvvəl də vurğuladığımız kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur" .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB