Rusiyalı diplomatlar bayramı təyyarədə keçirəcəklər PERSONA NON-QRATA
ABŞ hökuməti tərəfindən barələrində ölkədən çıxmaq qərarı verilmiş rysiyalı diplomatlar Rusiyaya uçan təyyarələrə bilet almaq məsələsində çətinliklə üzləşiblər. SİA xəbər verir ki, bu barədə "interfax.ru"yazır. Saytın qeyd etdiyinə görə, diplomatlar bütün biletlərin yeni il bayramı ərəfəsində alındığını deyərək, onlara verilmiş 72 saat vaxtın ölkəni tərk etmək üçün az müddət olduğunu bildiriblər. "Biz bilmirik, bu müddət ərzində ABŞ-dan çıxa biləcəyik, yoxsa yox"-deyə qeyd edən və adının açıqlanmasını istəməyən rusiyalı dipkorpus nümayəndəsi bildirib ki, ölkədən çıxarılan diplomatlar Vaşinqtondan Nyu-Yorka getmək qərarına gəliblər. Belə ki, oradan Moskvaya bilet almaq şansları daha çoxdur.
Bununla yanaşı, bildirilir ki, rusiyalı diplomatlar çox güman ki, yeni ili təyyarədə qarşılamalı olacaqlar. "Bizim ölkədən çıxarılma qərarımız gözlənilməz oldu, çünki biz artı Yeni il bayramını qarşılamağa hazırlaşırdıq"-deyə adının açıqlanmasını istəməyən dipkorpus üzvü bildirib.
Agentliyin digər hömsöhbəti isə deyib ki, Rusiyanın Nyu-Yorkdakı daimi nümayəndəliyi qarşısında polis sıxlığı müşahidə olunur. "Bu, əlbəttə ki, mühasirə deyil, helikopterlər də başımızın üzərində uçmur, lakin buna baxmayaraq, cəlbedicidir"-deyə rusiyalı diplomat ironik tərzdəki sözlərini ifadə edib.
Xatırladaq ki, cümə axşamı günü ABŞ rəsmi Moskvaya qarşı yeni sanksiyalarını tədbiq edib. Amerikalılar ABŞ-da keçirilmiş prezident seçkiləri ərəfəsində Rusiyanın kiberhücumlar etdiyini iddia kimi irəli sürüblər.
Dövlət Departamenti 35 rusiyalı diplomatı persona non-qrata elan edib. "Dövlət Departamenti bu qərarı Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə qarışmasından, eləcə də bizim diplomatların xarici ölkələrdə izlənməsindən sonra verib"-departamentin bəyanatında vurğulanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB