Ohanyan: “İrəvan və Bakı razılığa gəlməlidir”

Ohanyan: “İrəvan və Bakı razılığa gəlməlidir”

Ermənistan Azərbaycan da daxil olmaqla öz qonşuları ilə layiqli sülh formulunu tapmalıdır. SİA-nın məlumatına görə, bunu Ermənistanın sabiq müdafiə naziri Seyrah Ohanyan deyib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə dövlətin və xalqın resurslarından, səylərindən istifadə etmək lazımdır. Ohanyan hesab edir ki, sülh formulunun tapılması istiqamətdə böyük işlər görülməlidir.

O, ATƏT-in Minsk qrupunun səylərinə toxunaraq qeyd edib ki, münaqişənin həllinin açarı tərəflərinj öz əlindədir, İrəvan Bakı ilə birgə razılığa gəlməlidir: "Mən əminəm ki, Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həll olunmalıdır. Biz Azərbaycanla qarşılıqlı razılığa gələ və bu istiqamətdə işləyə bilərik. Lakin hazırda münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühüti olmadığı üçün danışıqlar prosesində tərəqqi əldə etmək çətin olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə