Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Vladimir Putin, həmçinin "Tu-154" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə əlaqədar Baş nazir Dmitri Medvedevin başçılığı ilə dövlət komissiyasının təşkil olunması barədə tapşırıq verib.
Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergey Kalaşnikov jurnalistlərə deyib ki, qəzaya uğramış təyyarə 33 ildir istismardadır. Lakin təyyarənin texniki nasazlığı onun uzunmüddətli istismarı ilə əlaqədar deyil.
Qəzaya uğramış "Tu-154" təyyarəsi 1983-cü ildə istehsal olunub, ümumilikdə 6689 saat uçub. Sonuncu dəfə 2014-cü ildə təmir edilib, bu ilin sentyabrında planda nəzərdə tutulmuş yoxlamadan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB