Millət vəkili: “Prezidentin siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb” MÜNASİBƏT

Millət vəkili: “Prezidentin siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb” MÜNASİBƏT

"Yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

O, Ulu Öndər Heydər Əliyevin cənab İlham Əliyev haqqında söylədiyi fikri xatırladıb: "Ulu Öndər Heydər Əliyev deyirdi ki, İlham Əliyev həm biliyinə, həm ağlına, həm təcrübəsinə, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir insandır. Yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb. Etiraf edək ki, davamlı və dinamik inkişafı özündə ehtiva edən milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanda siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən fundamental islahatlar həyata keçirilir ki, bu da çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır".

T.Rzayev əlavə edib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olub: "Artıq ölkəmizdə yeni layihələr həyata keçirilir. Cənab İlham Əliyev fərmanı ilə "Yol xəritələri" təsdiq olunub. Bu "Yol xəritələri" uzun müddətli prespektivlərə xidmət edir. Burada bütün sahələr əhatə olunub. Neftdən asılılığın aradan qaldırılması, iqtisadiyatın şaxələndirilməsi, sosial rifah halını yaxşılaşdırılması və digər sahələrdə islahatların aparılması ölkənin inkişafına yönəlibdir. Bütün bunlar Azərbaycan insana olan diqqətdir və cənab İlham Əliyevin özünəməxsus Liderlik xüsusiyyətlərindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə