"Prezidentimizin ən böyük nailiyyəti Azərbaycanı dünyada tanıtmasıdr" RƏY

"Prezidentimizin ən böyük nailiyyəti Azərbaycanı dünyada tanıtmasıdr" RƏY

"Azərbaycan Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə ölkəmizin ümumi daxili məhsulu, sənayesi, qeyri-neft sektorunun inkişafı bir neçə dəfə artıb, əhalinin rifah halı yaxşılaşıb". Bu fikirləri SİA-ya Milli Məclisin regional komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, məhz bu inkişafın nəticəsidir ki, hər 100 ailəyə 52 maşın düşür, real məvaciblər 3.2 dəfə artıb: "Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin əsas prioritetlərini məhz ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması təşkil edir".

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycanı dünyada tanıtmasıdır: "Azərbaycanın tanıdılması prosesi Ulu Öndər Heydər Əliyevin dövründən başlayıb və bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etidirilib. Gəlin etiraf edək ki, o zamana qədər Bakı tanınsa da, Azərbaycanı heç kim tanımırdı. Lakin Azərbaycan çox qısa müddət ərzində dünya aləmində heç zaman tanınmadığı qədər tanındı".

Bütün xəbərlər Facebook səhifəmizdə