"Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Ulu Öndər yenidən hakimiyyətə qayıdandan sonra taleyüklü məsələlər sırasına gənclər siyasətini də daxil etdi". SİA-nın məlumatına görə, bunu bugün Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər Fondunun 5 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı deyib. PA rəsmisinin sözlərinə görə, 1992-ci illərdə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər: "Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi.
Prezident cənab İlham Əliyev bu siyasətin önəmini daha da artırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB