“Ruhaninin Ermənistana səfəri Azərbaycanın strateji maraqlarına qarşı yönəlib”
"Dünya müsəlmanlarının, xüsusən də onun şiə hissəsinin lideri kimi özünü bəyan edən bir dövlət qəsbkar Ermənistanla uzun illərdir ki, əlaqələrini inkişaf etdirir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərini şərh edərkən bildirib. O deyib ki, hazırda iki ölkənin münasibətləri daha strateji səviyyə qalxmaqdaır: "Bizim soydaşlarımızın əksəriyyət təşkil etdiyi İran torpaqlarımızı işğal edən, 1 milyondan çox insanı öz yurdundan didərgin salan Ermənistanla sıx münasibət qurur. Dünənə qədər blokadada olan Ermənistanı xilas edən, blokadanın yaradığı çətinlikləri dəf edən İran, bu gün onunla hərbi saziş belə imzalamağa hazır olduğunu bildirir. Ermənistan ərazisindən Avropa bazarlarına, Qara dənizə çıxmaq barədə fikirlər səsləndirir. Bütün bunlar onu göstərir ki, tarixi köklərə, mədəniyyət, din ümumiliyinə mənsub olan bir ölkə özünün Azərbaycan kimi yaxın bir dostunu qoyub, ərazilərimizi işğal edən qəsbkar, xristian Ermənistana qucaq açır. Üstəlik Azərbaycanı da İsraillə münasibətlərdə günahlandırır".
Politoloq deyib ki, İran rejimi Azərbaycanın müstəqilliyinə qarşı çıxan ölkələrlə əməkdaşlıq edir: "Ermənistanın qəsbkarlığı sanki onların ürəyincədir və bu sabəbdən də işğalçıya hər cür yardım göstəririlər. Bəzi mənbələrin verdiyi məlumata görə bu günə kimi Ermənistandan İrana edilən yardım 2 milyard dollar təşkil edib. İran Ermənistana Rusiyadan sonra ikinci ən böyük yardım göstərən ölkədir. Əks halda, istehsalı olmayan, acından ölən Ermənistan ayaq üstə qala bilməzdi. Bu məsələdə İranın rolu misilsizdir. Bütün bunlar onu göstərir ki, İran Suriyada yeritdiyi siyasəti Cənubi Qafqazda da yeritmək istəyir, qarışıqlıq yaratmağa çalışır. Ruhaninin Ermənistana səfəri Azərbaycanın strateji maraqlarına qarşı yönəlmiş bir səfərdir və bu səfər istər cənubdakı soydaşlarımız, istərsə də Azərbaycan xalqı tərəfindən pislənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB