“İrəvan - gizlədilmiş həqiqətlər“ filmi təqdim olunub YENİLƏNİB

“İrəvan - gizlədilmiş həqiqətlər“ filmi təqdim olunub YENİLƏNİB

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirdə ilk öncə film nümayiş olunub. İlk çıxış edən "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nürəddin Mehdiyev bildirib ki, orijinalı ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində istehsal olunan "İrəvan-gizlədilmiş həqiqətlər" sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illər gizlədilməyə çalışmasından bəhs edir.

Onun sözlərinə görə, filmin məqsədi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır.

Təqdimat mərasimində çıxış edən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Tarix İnstitutu ilə birgə hazırlanan film arxiv materialların elmi-tədqiqat və araşdrımaların üzrəində qurulub: "Bu elmi-araşdırmaların geniş kütləyə çatdırılmasının ən uğurlu yoludur. Xalqımız heç bir zaman ermənilərin bu vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Mən hər bir Azərbaycan gəncini bu istəyin gerçəkləşməsi naminə mübariz olmağa, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çağırıram".

Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə xalqımıza məxsus qeyri-maddi və mədəni tarixi abidələrin məhv edildiyini deyən nazir söyləyib ki, bu vəhşiliklər daha əvvəl İrəvanda, sonra bizim Zəngəzur, Göyçə, Vedibar və digər tarixi ərazilərdə Qarabağda erməni işğalçıları tətəfindən son 150 ildə baş verib: "Dünyada ən çox zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə də heç bir şəhər İrəvan qədər talan edilməyib. Hər bir memarlıq əsəri olan yüzlərlə tarixi abidəmiz məhv edilib, qalan 1-2 abidəçmiz isə başqa ölkələrə mənsubiyyəti nümayiş etdirilir".

Daha sonra söz Tarix İnstitutunun direktoru Yaqub Mahmudova verilib. O vurğulayıb ki, filmin hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq edilib: "İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk–müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, İrəvandan azərbaycanlıların köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı da onun dünyaya yayılmasını asanlaşdırır".

Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov bildirib ki, film xüsusi təbliğ olunmalıdır: "Mən əminəm ki, biz tezliklə belə təqdimatları işğal olunmuş ərazilərdə keçirəcəyik. Belə işlərin təbliğində gənclərin rolu böyükdür".

Tədbirdə çıxış edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün təqdimatında iştirak etdiyimiz film ciddir bir layihədir: "Amma yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixini, o cümlədən məscidləri, abidələri daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı buktletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy bilsinlər ki, ermənilər Azərbaycan tarixini belə məhv edib. O cümlədən bu filmin fləşkatlarda, disklərdə yayımını təmin etməliyik. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə