Rusiya və İranla Hələb mövzusunda baş tutacaq üçlü zirvə görüşü çərçivəsində Moskvaya səfər edən xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı edilən sui-qəsdlə əlaqədar vacib açıqlama verib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri: "Bu hücum yalnız səfir Andrey Karlovu hədəf almayıb, Rusiyanı, Türkiyəni və Rusiya-Türkiyə əlaqələrini hədəf alıb", - deyib.
Çavuşoğlu xain bir hücum nəticəsində səfirin vəfat etdiyini öyrəndikləri zaman şok olduqlarını bildirib: "Hər şeydən əvvəl bu hücumu ən şiddətli şəkildə lənətləyirəm".
Karlovun həyat yoldaşına və ailəsinə başsağlığı diləklərini çatdıran Çavuşoğlu rus həmkarı Sergey Lavrovla telefon danışmasında cinayətin araşdırılmasında Türkiyənin lazım olan bütün tədbirləri görəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB