Rusiya istintaqçıları Türkiyəyə gedir KARLOVUN QƏTLİ

Rusiya istintaqçıları Türkiyəyə gedir KARLOVUN QƏTLİ

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan rəsm sərgisinin açılışında qətlə yetirilmiş Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun işi ilə bağlı araşdırmaların birgə aparılması razılığını əldə ediblər. SİA xəbər verir ki, bu barədə İtar-Tass agentliyi məlumat verib.

"Hücum aktının araşdırılması və istintaqın aparılması üçün Rusiyadan olan istintaqçılar və ekspertlər bu gün Türkiyəyə uçacaq"-deyə xəbərdə qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə