“Şərq Tərəfdaşlığı” Estoniyanın Aİ-də sədrliyinin əsas prioriteti olacaq

“Şərq Tərəfdaşlığı” Estoniyanın Aİ-də sədrliyinin əsas prioriteti olacaq
"Estoniyanın 2017-ci ildə Avropa İttifaqına sədrliyi zamanı "Şərq Tərəfdaşlığı" proqramı diqqət mərkəzində olacaq". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Sven Mikser deyib. O bildirib ki, ölkəsinin Aİ-də sədrliyinin əsas prioritetləri sırasında Avropa Qonşuluq Siyasəti və "Şərq Tərəfdaşlığı" proqramı olacaq. "Şərq Tərəfdaşlığı daimi diqqət tələb edən və Estoniya üçün prioritet olan proqramdır. Bu, tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə imkan yaradır", XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildən fəaliyyət göstərir, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldovanı əhatə edir. Proqram altı ölkənin Aİ ilə yaxınlaşması məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə