"Azərbaycan region üçün mühüm strateji ölkədir". SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun deyib.
Azərbaycana ilk dəfədir səfər etdiyini bildirən general Prezidenti İlham Əliyevlə və müdafiə naziri ilə görüşdüyünü, uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, dünyanın Azərbaycan kimi ölkələrə ehtiyacı var. Darren MakDyun Azərbaycan Prezidentinin nəqliyyat sisteminin inkişafı üçün gördüyü işlərin həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün çox vacib olduğunu əlavə edib.
Amerikalı general Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, bu, çox mürəkkəb münaqişə olduğu üçün həlli də asan olmur. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun fəaliyyətini və səylərini tam şəkildə dəstəklədiyini əlavə edib: "Münaqişə tərəfləri ümumi razılığa gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB