Beka Odişariya: “Ermənilərin Bakıya gəlişi bir daha təsdiq edir ki...” “ERMƏNİ AXINI”
"Ermənistan və Azərbaycan arasında sülh platforması" təşəbbüsünü yalnız alqışlamaq olar". SİA-nın məlumatına görə, bu fikirləri "haqqin.az" rusdilli saytına Gürcüstan parlamentinin deputatı Beka Odişariya deyib. O, qeyd edib ki, bu kimi addımın atılması ümumilikdə Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım edəcək. Hakim "Gürcü arzusu" partiyasının deputatı hesab edir ki, bu cür başlanğıc xalq diplomatiyası üçün mühüm mexanizmdir.
Odişariyanın sözlərinə görə, bu kimi dialoqa Ermənistanın və Azərbaycanın vətəndaş cəmiyyətini, eləcə də digər seqmentləri – siyasi, media və intelligentləri də qoşmaq lazımdır.
"Ermənilərin Bakıya gəlişi bir daha təsdiq edir ki, Azərbaycanda tolerantlıq hökm sürür və Bakı münaqişənin həllinə hər zaman hazırdır".
Lusine Nersisyan: "Ermənistan Azərbaycan torpaqlarını işağal altında saxlayır"
Bu arada Xankəndindən olan daha bir erməni ictimai fəalı, publisist Lusine Nersisyan sözügedən təşşəbbüsdən məlumatlanaraq"Ermənistan və Azərbaycan arasında sülh platforması"na imza atacağını bildirib. O, işğal altındakı ərazilərdə sadə ermənilərə qarşı törədilən gündəlik cinayətlər barədə danışıb və etiraf edib ki, Ermənistan Azərbaycan torpaqlarını işağal altında saxlayır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB