"Səfər Azərbaycan İsrail münasibətlərinin yüksək səviyyəyə çatdığını göstərdi" AÇIQLAMA
"İsrailin Baş naziri Benyamin Netahyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb". Bu fikirləri SİA-ya Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev deyib.
O bildirib ki, Azərbaycanda əsrlər boyu mövcud olan multikulturalizm ənənələri yəhudilərin min illər boyu azərbaycanlılarla bərabər, rahat, dostluq, qardaşlıq şəraitində yaşamasını təmin edib: "Bu baxımdan düşünürəm ki, İrsailin baş nazirinin ölkəmizə səfəri iki ölkə arasında iqtisadi, siyasi, texniki, humanitar, müdafiə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və yəhudi xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi nöqteyi-nəzərindən böyuk əhəmiyyətə malikdir".
Millət vəkilinin sözlərinə görə, səfər zamanı müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələrinin bağlanması, Azərbaycan-İsrail arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına şərait yaradacaq: "Dövlətlərarası münasibətlərin mövcud vəziyyəti və perespektivləri həm regionda, həm də dünyada təhlükəsizliyin və sabitliyin bərpa olunmasına xidmət edəcək. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın başqa dinə və mədəniyyətə sahib İsraillə münasibətlərinin belə yüksək səviyyəyə çatması, Yaxın Şərqdə, eləcə də bütün dövlətlər və xalqlararası münasibətlərin tənzimlənməsi üçün bir nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB