ABŞ-ın Viskonsin və Pensilvaniya ştatları prezident seçkilərində Donald Trampın bu ştatlarda qələbə qazandığını bəyan edib. SİA xəbər verir ki, bu barədə Assoşeyted Press agentliyi məlumat yayıb.
Daha öncə Tramp bəyan edib ki, Yaşıllar partiyasından ABŞ prezidentliyinə namizəd olmuş Cill Stayn Viskonsi, Miçiqan və Pensilvaniya ştatlarında səslərin hesablanmasının heç nəyi dəyişməyəcəyini iddia etmişdi.
Trampın qələbəsi Viskonsi ştatında təsdiq edilib və bildirilib ki, o, əlavə 131 səs əldə etməklə 22 min 748 min səs toplayıb.
Bununla onun Demokratlar partiyasından rəqibi Hillari Klintonla səs fərqi 23 min bülletenlə qeydə alınıb.
Baxmayaraq ki, Pensilvaniya ştatında səslər hesablanmayıb, ştatın müvafiq seçki orqanları Trampın qələbəsini təsdiqləyib.
Noyabrın sonlarında isə Viskonsi ştatı səsvermə nəticələrini tam olaraq sayılması ilə bağlı razılığını bildirmişdi. Bu qərar Yaşıllar partiyasının namizədi, seçkilərdə 1% səs toplamış Staynın tələbindən sonra verilmişdi. Stayn Miçiqan və Pensilvaniya ştatlarına da bu kimi tələb irəli sürmüşdü.
Ötən həftə isə Miçiqanın Ali məhkəməsi Staynın tələbnaməsini rədd edib.
ABŞ-ın federal qanunvericiliyinə görə, səsvermələrin nəticələri istiqamətinsə səslərin sayılması proseduru dekabın 13-dək başa çatdırılmalıdır.
Xatırladaq ki, Tramp seçkiləri seçicilər kollegiyasının həlledici qərarlarından sonra qələbə ilə başa vurub. O, 270 lazım olan səsdən 306-nı yığmaqla ABŞ-ın növbəti prezidenti seçilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB