Dekabrın 12-də Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib. Bu, gün ərzində Ermənistan ordusunun Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən ikinci pilotsuz uçuş aparatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB