ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti 11-12 dekabr tarixlərində Azərbaycanda səfərdə olub. SİA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Qeyd edilib ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir. Həmsədr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. O, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. "Bakıya bugünkü səfəri zamanı Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliliyini bir daha bildirib", deyə səfirlik vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB