Gömrükçülər Fəxri xiyabanda olublar

Gömrükçülər Fəxri xiyabanda olublar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü tamam olur. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.

SİA-nın məlumatına görə, bu gün sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı əməkdaşları da Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə