Prezident Ulu Öndərin məzarını ziyarət etdi

Prezident Ulu Öndərin məzarını ziyarət etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın xəbərinə görə, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstələri qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə