Ağabəy Əsgərov: "Həbs olunan jurnalistlər Eldar Mahmudovun adamlarıdır" AÇIQLAMA - SƏS TV

Ağabəy Əsgərov: "Həbs olunan jurnalistlər Eldar Mahmudovun adamlarıdır" AÇIQLAMA - SƏS TV

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən "reket jurnalist" əməliyyatında həbs olunanlar jurnalistlər deyil". SİA-nən xəbərinə görə bunu "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Nəşriyyatın baş direktoru qeyd edib ki, DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. "Eldar Mahmudov istədiyi şəxsi bu jurnalistlər vasitəsilə qaralayıb, pul alır, yaxud həbs edirdi", - deyə o bildirib.

"Azərbaycan" Nəşriyyatında reket jurnalistlərin olmadığını deyən A.Əsgərov qeyd edib ki, əgər Nəşriyyatda belə hal qeydə alınsa həmin şəxslər dərhal buradan uzaqlaşdırılırlar: "Həbs olunanlar reket jurnalist olsaydılar, mən onları çoxdan nəşriyyatdan çıxarardım. Onların Mətbuat Şurasının "qara siyahısı"nda adları yoxdur. Biz bu "qara siyahı"ya ciddi əməl edirik və bu siyahıda olan, yaxud sonradan ora düşən redaksiyaları nəşriyyata buraxmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə