"Dekabrın 5-də Rusiyanın Suriyanın Hələb şəhərində atəşə məruz qalmış səhra hospitalı yerli əhalinin tibbi təxliyyəsi üçün istifadə edilməliydi". SİA xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura jurnslistlərlə söhbətində deyib.
"Siz, çox yəqin ki, digərlərindən fərlqi olaraq qurulmuş bu tibbi obyektin hadisə baş verən gün yerli əhalinin təxliyyəsi üçün fəaliyyət göstərəcəyindən xəbərsizsiniz"-deyə qeyd edən BMT rəsmisi həmin ərəfədə bu istiqamətdə danışıqların aparıldığını da jurnalistlərlə keçirdiyi brifinqində qeyd edib.
"Ona görə də baş verənlərin nə qədər şok doğurduğunu, eləcə də Hələbdə fəaliyyət göstərən bütün hosbitallara hücumların nə qədər şok yaşatdığını təsəvvürünüzə gətirə bilməzsiniz"- Staffan de Mistura təəssüflə bildirib.
Xəbər verildiyi kimi, dekabrın 5-də terrorçular Rusiya Federasiyasının Hələbdə qurulmuş mobil hosbitalını artilleriya atəşinə tutub. Nəticədə Rusiyanın Birobican hərbi hospitalından Suriyaya ezam edilmiş iki tibb bacısı – Qalina Mixaylova ilə Nadejda Duraçenko həlak olublar. Onların hər ikisinin körpə uşaqları qalıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB