“Qarabağakı gərginlik ATƏT məkanında sülh arxitekturasının həssaslığın göstərdi” Ştaynmayer
"Bu il Dağlıq Qarabağ münaqişəsində baş verən eskalasiya ATƏT məkanında sülh arxitekturasının nə dərəcədə həssas olduğunu göstərdi".
SİA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasının açılışdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ATƏT məkanında münaqişələrin həlli üçün səylərin artırılması çox vacibdir. Ştaynmayerin sözlərinə görə, ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır: "Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibə vəziyyətinə keçməsinin qarşısını alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB