Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Yeni Azərbaycan Patriyası (YAP) dayaq məntəqəsi İdarə Heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclas iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edən Universitetin rektoru Mustafa Babanlı bildirib ki, ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycana həsr edib. O vurğulayıb ki, Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə gördüyü nəhəng işləri sadalamaqla bitməz: "Ümummilli lider Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbirlik etdiyi zaman respublikamızın müstəqilliyinə zəmin yaradan işlər gördü. Heydər Əliyev minə yaxın tələbənin SSRİ-nin ən qabaqcıl universitetlərində təhsil almasına nail oldu, hərbi kadrların yetişməsində də dahi liderin böyük xidmətləri var".
Rektor əlavə edib ki, Heydər Əliyev respublika rəhbərliyinə gələnə kimi Azərbaycan digər 15 sovet respublikası arasında inkişafına görə son sıralarda idi. Ümummilli Liderin rəhbərliyi dövründə isə Azərbaycan güclü inkişaf edərək sənaye respublikasına çevrildi: "Azərbaycanın bəlaları Heydər Əliyevin 1987-ci ildə vəzifədən uzaqlaşdırılmasından sonra başladı. Heydər Əliyev vəzifəsində qalsaydı, ermənilər ərazi iddiası qaldıra bilməzdilər".
M.Babanlı qeyd edib ki, insanların qəlbində Heydər Əliyevə böyük bir sevgi var və bu sevgi əbədi olaraq qalacaq.
YAP dayaq məntəqəsinin sədri Tamilla Naibova isə deyib ki, respublikamızın həyatında Heydər Əliyevin rolu əvəzsizdir: "Müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı bəlalar, çətinliklər hər kəsə yaxşı məlumdur. Azərbaycanın sabahına ümid qalmamışdı. Buna səbəb isə səriştəsiz idarəçilik idi. Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyət sabitləşməyə başladı, bütün sahələrdə inkişaf mərhələsinə qəəm qoyulu. Bu gün əldə etdiyimiz uğurlara görə hər bizmiz ulu öndərə borcluyuq".
Daha sonra YAP-a üzvlük üçün müraciət edən Universitetin bir qrup əməkdaşının və tələbələrin ərizələrinə baxılıb və 40-a yaxın şəxsin partiyaya qəbul edilməsi müsbət qarşılanıb. YAP-a yeni üzv olmuş daha bir qrupa isə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB