“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTOLAR - SƏS TV
Bu gün Qafqaz Müsəlmanları İdarəsi ("QMİ) Elmi-Dini Şurasının qərarı ilə nəşr olunan "Şeyxülislamlığın tarixi" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, alimlər, din xadimləri iştirak edib.
Tədbirdə çıxış edən Allahşükür Paşazadə bildirib ki, Azərbaycan tarixində ilk dəfədir belə bir kitab hazırlanır: "Mən öz həyatımda, fəliyyətimdə cümhuriyyət dövrünün şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadədən çox şey öyrənmişəm və onu fəaliyyətimdə tətbiq etmişəm. Axunda Ağa həm cümhuriyyət dövrünün, həm də sovet dövrünün şeyxülislamı olub. Mən də həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıyam. Şeyxülislamlar Azərbaycan tarixində milli şüurun inkişafında, Azərbaycan dövlətçiliyinin yaranmasında böyük işlər görüblər".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib ki, din xalqların dünyagörüşünün və mənəviyyatının formalaşmasında mühüm rol oynayır: "Şeyxülislamlar cəmiyyətin ağsaqqalları kimi mühüm rol oynayıblar. Bu baxımdan da belə kitabların nəşr edilməsi ilə şeyxülislamlar haqqında cəmiyyətin məlumatlandırılması çox əhəmiyyətlidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, bu kitab din tariximizin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən çox dəyərli bir mənbədir: "Sevindirici haldır ki, bu gün belə bir kitab ərsəyə gətirilib. Bu kitabın ərsəyə gətirilməsinə təşəbbüs göstərdiyinə görə, Allahşükür Paşazadəyə təşəkkürümü bildirirəm. Bir tərəfdən biz həqiqi dini tariximizi öyrənə bilirik, digər tərəfdən isə islam dünyasına göstəririk ki, Qafqazın avanqard ölkəsi olan Azərbaycan islamın yayılmasında, qorunmasında özünəməxsus yer tutur".
Tədbirdə çıxış edən digər iştirakçılar da kitabın əhəmiyyətindən danışıb və qeyd ediblər ki, belə kitablar təkcə təbliğat deyil, eyni zamanda, tarixdir və gələcəkdə də bu cür kitabların nəşr edilməsi davam etdirilməlidir.
Qeyd edək ki, nəşrin müəlifləri professor Anar İsgəndərov və iranlı alim Adil Mövlayidir. Kitabın elmi redaktoru QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, rəyçilər akademik Yaqub Mahmudov, akademik Teymur Bünyadov, dosent, QMİ-nin sədr müavini Qəmərxanım Cavadlıdır. Nəşrdə şeyxülislamlıq, şeyxülislam titulunun sahələri və mərhələləri, şeyxülislam titulunun vəzifəyə çevrilməsi, vəzifə və funkisiyaları, Səfəvi imperiyasında şeyxülislamlıq, Qafqazın şeyxülislamlarının həyat və fəaliyyətindən bəhs olunur və əhatəli məlumatlar verilir.
Kitabda həmçinin şeyxülislamlıqla əlaqədar dəyərli əlyazmaların fotoları da yer alıb.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB