"Hamburqda Qarabağa dair görüşün keçirilməsi müzakirə olunur" Rusiya XİN
ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 3+2 formatında (Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri XİN rəhbərləri) görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunub. SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüşün keçirilməsi üzrə hələ yekun razılıq əldə edilməyib: "Razılıq olacağı təqdirdə, bu barədə məlumat veriləcək".
O, Rusiya və Azərbaycan XİN başçılarının təkbətək görüşünün keçirilməsi ilə bağlı da məlumatın olmadığını əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB