Millət vəkilindən iş yerlərindəki ixtisarlarla bağlı NARAZILIQ

Millət vəkilindən iş yerlərindəki ixtisarlarla bağlı NARAZILIQ

"Ölkədə müəyyən qədər iqtisadi çətinliklər mövcuddur. Dünyada baş verən iqtisadi böhran, dolların bahalaşması Azərbaycandan yan keçə bilməzdi". SİA-nın xəbərinə görə, bunu millət vəkili Tahir Rzayev Milli Məclisin Plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirələri zamanı deyib.

Millət vəkili iş yerlərindən ixtisarlarla bağlı narazılığını ifadə edib. O bildirib ki, bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etmələri doğru deyil: "Kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuzda cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə