Suriya Ərəb Respublikasının (SƏR) BMT-dəki daimi nümayəndəsi Bəşər Əl-Cəfəri suriyalıların təhlükəsizliyinin tərəfdarları olan ölkələri münaqişənin siyasi həlli yollarını sürətləndirməyə və bu xüsusda insan haqları maraqlarından çıxış etməyə səsləyib. O, terror təhlükəsinin aradan qaldırılmasının məhz suriya xalqı ilə birgə mümkün olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Sana agentliyi məlumat verir. "Sadəcə, ünvanı hər kəsə məlum olan Suriya hökumətinin qapısını döymək lazımdır"-deyə Əl-Cəfəri bildirib.
BMT TŞ-nın iclasında çıxış edən Əl-Cəfəri qeyd edib ki, İraqda, Liviyada, Yəməndəki kimi, Suriyanı da məhv etmək üçün terrorçuluğu himayə edən ölkələr unutmamalıdırlar ki, bu ölkələrin ah-fəğanı, lənəti himayəçi ölkələri tutacaq.
Suriyalı xüsusi nümayəndə ABŞ-ın, Fransanın və Böyük Brtitaniyanın neqativ fəaliyyətlərinə işarə edərək bildirib ki, bu ölkələr "terrorçuluğu müdafiə edən üç muşketyordurlar".
O, bu ölkələri sərt şəkildə qınayaraq istər BMT TŞ-da, istərsə də kənarda rüsvayçı fəaliyyət göstərirlər və "mötədil müxalifətçilər" adlandırılan pərdəarxası terrorçulara dəstəklərini davam etdirirlər.
Əl-Cəfəri bugünlərdə Hələbdəki səhra hospitalında iki rusiyalı tibb bacısının öldürülməsinə, eləcə də həkimlər briqadasının yaralanması hadisəsini də sübut kimi gətirərək, baş verənləri aşkar terror hücumu kimi qiymətləndirib, digər ölkələri də bu addımı atmağa dəvət edib.
Suriya hökumətinin nümayəndəsi xatırladıb ki, atəşə tutulan səhra hospitalı və onun yerləşdiyi ərazi insanları "canlı qalxan" kimi mühasirədə saxlamış "Cəbhət-Ən-Nüsra" terror təşkilatından Suriya ordusu tərəfindən azad edilib
Diplomat qeyd edib ki, SƏR hökuməti müttəfiqlərinin dəstəyi və beynəlxalq hüquq çərçivəsində "terrorçuluğu müdafiə edən üç muşketyorların" qarşısından geri çəkilməyəcək, eyni zamanda Hələb də daxil olmaqla ölkənin hər bir qarışını azad edənə qədər müqavimət göstərəcək.
Əl-Cəfəri terrorçuluğun artıq beynəlxalq təhlükəyə çevrildiyini xatırladıb və bunu bəzi ölkələrin ucuz, balanslaşdırılmamış, şantajlı siyasəti ilə əlaqələndirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB