Politoloq: “ABŞ-dakı erməni lobbisinin gücü zəifləyib”

Politoloq: “ABŞ-dakı erməni lobbisinin gücü zəifləyib”

"Donald Trampın prezident seçilməsi erməniləri ciddi narahat edir. Çünki prezident seçkilərində ABŞ-dakı erməni təşkilatları seçki kampaniyasında iştirak etmədilər". SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, namizədlərdən heç kim onları çağırmadı, özlərinin müraciətlərini də prezidentliyə namizədlər diqqətə almadılar: "Bu, ABŞ-dakı erməni lobbisinin gücünün zəiflədiyi anlamını verir. Ermənilərə görə, Tramp erməni məsələlərindən ("qondarma "erməni soyqırımı", Dağlıq Qarabağ münaqişəsi) xəbərsizdir və Azərbaycanın iş adamları ilə ciddi iş birliyindədir. ABŞ-dakı və Ermənistandakı siyasətçilərin fikrincə, ermənilər ermənipərəst konqresmenlər vasitəsilə Trampla əlaqə qurmalıdır. Bunun üçün digər ünvan da göstərilir. 2001-ci ilin 11 sentyabr terror hadisələri zamanı Nyu Yorkun meri olmuş Rudi CulianiTrampın yaxın dostudur, həm də ABŞ-dakı ermənilərlə sıx əlaqəsi var. Eyni zamanda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyan da Culiani ilə əlaqəsinin olduğunu və onun vasitəsilə Trapmı məlumatlandıracağını bildirib. Bir qrup erməni ekspertin fikrincə isə Tramp yalnız ABŞ-ın milli maraqlarını müdafiə edəcək. Ona görə də Türkiyənin müttəfiqi olacaqdır və beləliklə erməni məsələlərinə diqqət ayırmayacaq".

Onun sözlərinə görə, ABŞ ekspertləri Ermənistanın Rusiyanın ABŞ əleyhinə olan hərbi və siyasi layihələrə qoşulmasından narahatdır: "Rusiya isə ABŞ biolaboratotiyalarının MDB, o cümlədən Ermənistan məkanında mövcudluğundan narahatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə