Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə bildirib.
Nazir bildirib ki, Çavuşoğlu Dağlıq Qarabağ məsələsini bir neçə gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı da müzakirə edib.
E.Məmmədyarov deyib ki, gələn həftə ATƏT-in xarici işlər nazirləri şurasının iclası keçiriləcək və Bakıya bir çox məsələlərdə Türkiyənin mövqeyi maraqlıdır.
O əlavə edib ki, Azərbaycanın 2017-ci ildə Əfqanıstan üzrə istanbul prosesində sədrliyini qəbul etmək niyyətini açıqlayacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB