Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Əl Qubaisi deyib ki, 1971-ci ilin bu tarixində BƏƏ xalqına inkişaf, sabitlik və təhlükəsizlik gətirən 7 parçalanmış əmirliyin birləşməsinin şahidi olduq. 45 il əvvəl BƏƏ-nin banisi, mərhum Şeyx Zayed Bin Sultan Əl Nəhyan və digərləri bu federasiyanı formalaşdırdı: "Hazırda bizim ölkəmiz dünyanın bütün yerlərindən olan insanların yaşaması üçün ən xoşbəxt ölkələrdən biridir".
Diplomat bildirib ki, bu illər ərzində BƏƏ etibarlı dostlar qazanıb ki, onlardan biri də Azərbaycandır: "Bu dostluq bizim rəhbərlər, hökumətlər və xalqlarımız arasında möhkəm şəkildə mövcuddur. Buna parlaq nümunə Prezident İlham Əliyevin BƏƏ-yə rəsmi səfəridir".
Səfir Azərbaycana BƏƏ-dən gələn turistlərin sayının 100 dəfə artdığını da əlavə edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Prezidenti və xalqı adından BƏƏ xalqını və dövlətini təbrik edib. O deyib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri bütün sahələrdə davam edir: "Gələn il dost ölkədə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası olacaq. Ölkələrimiz arasında ticarət dövriyyəsi 19 faiz artıb, amma daha da yüksəlməsini istəyirik. O, BƏƏ- də Azərbaycanın ticarət nümayəndəliyinin açılacağını da deyib. Nazir ümid etdiyini bildirib ki, birgə səylərlə əməkdaşlıq gələcəkdə də yüksələn xətlə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB