4 min hərbi dəniz piyadası əmrə müntəzir dayanıb
ABŞ-ın hərbi hava qüvvələrinə məxsus Wasp və Whidbey Island desant gəmiləri Aralıpq dənizinə daxil olublar. SİA xəbər verir ki, bu barədə Amerikanın hərbi flotunun rəhbərliyi rəsmi saytında qeyd edib.
Gəmilər dənizə Suet kanalı vasitəsilə dekabrın 2-nə keçən gecə daxil olublar. Whidbey Island gəmisinin heyətində ABŞ-ın hərbi dəniz piyadalarına məxsus 22 nəfər ekspedisiya qrupu yer alıb. Bu manevrlə Aralıq dənizinin təhlükəsizliyinin təmin olunması istiqamətində başladılan və dörd min dəniz piyadasının qoşulduğu yarımillik manevrin sonuncu mərhələsinə start verilib.
Hər iki desnat gəmisi İtaliyanın Neapol şəhərində yerləşən ABŞ HHQ-nin 6-cı flotuna aiddir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB