"Rusiyanın Azərbaycanla münasibətlərin səviyyəsi sabit olaraq qalır. Bu münasibətlərin əsası dövlət başçıları tərəfindən qoyulub, müvafiq sənədlərlə möhkəmlənib və xalqlarımız arasındakı çoxillik dostluq əlaqələri ilə möhürlənib".
SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Bu yaxınlarda qarşılıqlı olaraq həyata keçirilən səfərlərə toxunan zaxarova deyib ki, belə səfərlər ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür: "Dünya üçün çətin olan maraqlı və ictimai əhəmiyyətli tədbirlər keçirməyimiz təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə beynəlxalq münasibətlərdə müsbət gündəm yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB