Kolumbiya hökuməti inqilabçılarla sülh bağladı

Kolumbiya hökuməti inqilabçılarla sülh bağladı

Kolumbiya hökuməti ölkənin FARC - qiyamçı silahlı qüvvələri ilə sülh sazişi imzalayıb. SİA xəbər verir ki, bu barədə Kolumbiya parlamentinin yuxarı palatasının rəsmi "Twitter" səhifəsində qeyd olunub.

"Senat iclas zamanı aparılan müzakirələrdə FARC-la sülh sazişi bağlanması haqqında 75 səs lehinə, 1 səs əleyhinə qərar qəbul edib"-deyə xəbərdə bildirilir.

Qeyd olunur ki, artıq növbəti səsvermə parlamentin aşağı Palatadasında keçiriləcək.

Xatırladaq ki, uzun illərdir ki, hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı münaqişə baş verir və bunun nəticəsində minlərlə insan tərəflərin siyasətlərinin qurbanlarına çevrilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə