"Müsahibə verəndə baxın hansı saytlara verirsiz" Spikerdən xəbərdarlıq

"Müsahibə verəndə baxın hansı saytlara verirsiz" Spikerdən xəbərdarlıq

"Bu gün Azərbaycan parlamentində ən çox söyülən deputat mən, Fazil Mustafa və Hadı Rəcəblidir. Dəfələrlə sosail şəbəkələrdə bizə qarşı təhqir və söyüşlər səslənir. Hətta hesablarmalarıma görə, 932 dəfə məni söyüblər". SİA-nın xəbərinə görə, bu sözləri deputat Aqil Abbas Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması barədə Cinayət Məcəlləsinə nəzərdə tutan dəyişikliyin müzakirəsi zamanı deyib.

A.Abbas deputat maaşlarının artırılması ilə bağlı verdiyi açıqlamaya görə onu təhqir etdiklərini də etiraf edib: "Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başıva dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. Maaşım çoxdur deyən deputatların maaşını azaldın da. Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var".

Spiker Otay Əsədov isə Aqil Abbasın çıxışından sonra bu cür cavab verib: "Mən burda baxıram ki, Aqil Abbasın çıxışını Hadı Rəcəbli alqışlayır. Mən Hadı Rəcəblinin özünə də demişəm ki, müsahibə verəndə baxın hansı jurnalistə və hansı saytlara müsahibə verirsiniz. Bir çoxlarınız müsahibə vermək üçün ürəyiniz gedir. Gündəmdə qalmaqdan ötrü hara gəldi müsahibə verirsiniz. Müsahibə verdiyiniz saytlara da yaxşı baxın".

Bütün xəbərlər Facebook səhifəmizdə