İçərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İçərişəhər Cümə məscidi icması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, "Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşıNuru İmanov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurulla, tanınmış ilahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli, QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli və icma nümayəndələri iştirak ediblər.
Tədbirə modetarotluq edən DQİDK səlahiyyətlisi, qurumun Bakı şəhəri üzrə əməkdaşı Nuru İmanov çıxışında ilk öncə qurumun sədri Mübariz Qurbanlının tədbir iştirakçılarına salamlarını çatdırıb və layihənin mahiyyəti barədə məlumat verib. Ceyhun Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək həddə inkişaf edir və bu amil istər milli kimliyin, istərsə də milli dəyərlərin formalaşmasında, qorunub-saxlanılmasında önəmli rol oynayır: "Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il 27 noyabr tarixində Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara maliyyə yardımı göstərilməsi haqqında mühüm Sərəncam imzalayıb. Məhz bu Sərəncamdan sonra bir daha sübut olunub ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək inkişaf xəttini tutub. Burada əsas faktorlardan biri də dini icmalarda maarifləndirmə işlərinin aparılması, ölkənin inanclı kəsiminə dövlətinə, xalqına bağlılığı istiqamətində təbliğatların aparılması, o cümlədən dövlətçilik, milli kimlik və dəyərlərin qorunub-saxlanılması inkişaf etdirilməsidir. Məhz hazırkı layihə də bu aktual mövzunu əks etdirir".
Nuru İmanov qeyd edib ki, ilk növbədə dövlət-din münasibətlərində artan inkişaf xətti, o cümlədən, Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin arasında olan səmimi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir".
QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədlim çıxışında tədbir iştirakçılarına təşəkkür etdi və müqəddəs Qurani-Kərmdən kəlamlar oxudu.
Hacı Surxay Məmmədli DQİDK-yə və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldığına görə öz təşəkkürünü bildirdi və vurğuladı ki, bu kimi layihələrin, tədbirlərin həyata keçirilməsi dövlət-din münasibətləri fonunda milli özünüdərki kifayət qədər ehtiva edir: "Əlbəttə ki, bu br örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Bu kimi layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən minnətdarıq ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti cənab İlham Əliyev bu cür təşəbbüslərlə çıxış edir, bizlərə dəstək göstərir. O cümlədən, hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin bizə daimi dəstəyi bu kimi əhəmiyyətli layihələri reallaşdırmamıza kifayət qədər imkan yaradır. Biz də bu önəmli fürsətdən istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalaşması istiqamətində var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik".
"Eyni zamanda, bu cür layihələrin reallaşdırılması dini radikalizmə, din amilindən sui-istifadəyə qarşı bir səddir"-deyə qeyd edən Hacı Surxay Məmmədli sonda bildirib ki, bu işlər gələcəkdə də davam ediləcək: "Biz, İnşaAllah bu işimizi gələcəkdə də davam edirərək, inanclı kəsimə dövlətçilik ənənələrini, milli dəyərləri aşılayacağıq. Bu, bizim vətəndaşlıq borcumuzdur".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani Kərim kəlamları ilə başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Öndər Heydər Əıliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütləvi açılışı, təmir və bərpaları baş tutdu: "Bu, ilk növbədə Onun tərəfindən dəyərlərimizə göstərilən böyük sayğı və dəyər idi. Çünki sovet dövrü bir
çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar tamamilə başqa məqsədlər üçün istifadə edilirdi. Heydər Əliyevin qayıdışından sonra Bibi -Heybət, Təzə Pir və o cümlədən, bölgələrimizdə məscidlərin bərpasına, yenidən qurulmasına başlanıldı. İnanclı insanlarımıza bundan böyük töhfə ola bilməzdi".
QMİ rəsmisi daha bir xatırlatma edərək, Ulu Öndər Heydər Əliyev haqqında bir hadisədən bəhs etdi və bildirdi ki, bu böyük şəxsiyyət Azərbaycanda böyük bir ənənənin - dini və milli kimliyimizin qorunub-saxlanılması təməlini qoyub və Prezident İlham Əliyev cənabları bu ənənəni davam etdirir: "Biz xoşbəxtik ki, bizim müstəqil dövlətimiz, bayrağımız, ulu tarixə söykənən dövlətçilik tariximiz, ənənələrimiz var. Bizlər də bu müqəddəs amillərin ətrafında sıx birləşərək, milli kimliyimizi və dəyərlərimizi qoruyub-saxlamaq üçün, Azərbaycanda qeyri-sabitlik yaratmaq istəyində olan, dindən sui-istifadə edən, qarmaqarışıqlıq, məzhəblərarası ziddiyyətlərə hesablanan təkfirçiliyin qarşısını almaq üçün dövlətimizlə çiyin-çiyinə dayanmalı, dövlətçilik maraqlarımızı Allahın köməkliyi ilə müdafiə etməliyik. Allah dövlətimizə və Prezidentimizə də can sağlığı versin ki, bu işlərdə bizlərə dəstəyini əsirgəmir".
İlahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli də öz növbəsində bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümüdür: "Azərbaycan xalqı elə bir xalqdır ki, hər zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalaşmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmalı, inkişaf etdirilməlidir. Prezident ilham Əliyev cənabları bu işdə hər kəsə bir örnək və nümunədir. Biz elə də uzağa getməyərək, Gəncə şəhərində İmamzadə kompleksinin açılışını və orada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqini xatırlamalıyıq. Bəli, bütün bunlar həm də müqəddəs dəyərlərin qorunmasıdır ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür. Biz onu da bilməliyik ki, açılan məscid və mədrəsələr milli kimlik və dəyərlərimizin aşılanmasında elm mərkəzləri kimi də fəaliyyət göstərir. Biz həm də ona imkan verməməliyik ki, milli kimlik və dəyərlərimizdən çirkin siyasi məqsədlər üçün istifadə olunsun. Ona görə də ilk növbədə bizə dəstək olan dövlətimizin, dövlətçilik maraqlarımızın ətrafında sıx birləşməliyik".
Tədbirin sonunda"Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu" layihəsi çərçivəsində hazırlanmış "Dünyəvi dövlətdə dinin yeri" və ""İslamda vətənpərvərlik" kitabçaları və broşürlər iştirakçılara təqdim edildi və qeyd olundu ki, layihənin davamı olacaq.
Rövşən NURƏDDİNOĞLU





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB