İki nazir əməkdaşlıq məsələlərini müzakirə ediblər

İki nazir əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Cənubi Afrika Respublikasının (CAR) arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla CAR xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabanenin görüşü zamanı müzakirə olunub.

SİA-nın məlumatına görə, bu sözləri E.Məmmədyarovu bu gün birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, tərəflər vergi, maliyyə, müdafə və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

E.Məmmədyarov deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti də CAR-la əməkdaşlığa maraq nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə