Mübariz Qurbanlı: “Sən bir müsəlman kimi bunları etməlisən” MÜNASİBƏT
"Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir". SİA-nın məlumatına görə, bunu bugün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı jurnalistlər üçün təşkil olunmuş "Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri" mövzusunda iki həftəlik seminarda çıxışı zamanı deyib.
Komitə sədri deyib ki, həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan: "Hətta bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin".
Mübariz Qurbanlı "Şeyxülislam" mükafatına da münasibət bildirib: "Dində etdiyin əməli gözə soxmaq olmaz. Bu, böyük günahdır. Bəziləri az qala hamıya deyir ki, oruc tuturam, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Ümumiyyətlə bu, yolverilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB