"Azərbaycanın İntellektual birincisi"

"Azərbaycanın İntellektual birincisi"

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsi başlayıb.

SİA-nın məlumatına görə, hər bir dövlətdə olduğu kimi bizim ölkədə də gənclər cəmiyyətin lokomotividir. Gənclər bizim gələcəyimizdir – ideyası dünyanın hər bir yerində qəbul olunmuş bir standartdır. Gənclərin ölkədə baş verən proseslərə aktiv qoşulması, onun bir parçası olması həm gənclər şəbəkəsinin genişlənməsi və inkişafına, həm də vətəndaş cəmiyyətinin inkişaf etməsinə dəlalət edir.

Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək "İRƏLİ" İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsi başladı.

Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə Sabirabad turniri keçirildi. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib. Açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start verilib. İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar. Sabirabad rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Nə? Harada? Nə zaman?" intellektual oyununda Saatlı rayonu, "Xəmsə" intellektual oyununda Sabirabad rayonu, "Vətəni Tanı" intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edildi. Qeyd etmək istərdik ki, Azərbaycan İntellektual Birincisi oyunlar klubu və "Xəmsə" milli intellektual oyunu "Azərbaycan İntellektual Birincisi" layihəsinə təşkilatı dəstək göstərmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə