Ağ evin administrasiyası bu yaxınlarda keçirilmiş ABŞ prezidentliyinə seçkilərin nəticələrini rəsmən tanıdığını elan edib və bunu xalqın iradəsinin göstəricisi olduğu vurğulanıb. SİA xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Administrasiyanın bəyanatında bildirilir ki, Rusiyanın seçkilərə təsir cəhdləri baş tutmayıb və nəticələrinə təsiri olmayıb. Nəşr yazır ki, bu bəyanat Donald Trampın əleyhdarlarının ABŞ-ın Viskonsin, Mişiqan və Pensilvaniya ştatlarında cüzi səs çoxluğu ilə qalib gəlməsinə şübhə etmələri və nəticələrin yenidən yoxlanılması fonunda verilib.
Bundan öncə isə Yaşıllar partyasından prezidentliyə namizəd kimi irəli sürülmüş Cil Stayn bəyan etmişdi ki, o, səslərin yenidən sayılması üçün vəsait toplayıb. O, 5 milyon dollar toplamağa müvəffəq olub. Hazırda vəsait yığımı 7 milyona qədər artırılıb.
Satynin sözlərinə görə, Kremldə seçkilərin nəticələrinə hesablanmış pozuculuq işlərinin həyata keçirilməsinə inanırdılar.
"Bu mənada, biz amerikalıların iradəsini əks etdirən seçkilərin nəticələrinin yenidən hesablanması iddiasını qüvvədə saxlayırıq"-deyə Stayn vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB