Politoloq: “Ötən bir il Rusiya və Türkiyəyə əhəmiyyətli təcrübə qazandırdı”
"Rusiya və Türkiyə təyyarə böhranından ötən bir il ərzində əhəmiyyətli təcrübə qazandı. İlk öncə isə iki dövlət bir-birinə nə dərəcədə ehtiyacları olduğunu anladılar". Bunu SİA-ya açıqlamasında Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib.
O bildirib ki, ötən müddət ərzində Rusiya Türkiyənin dostluğunun öz təhlükəsizliyi üçün vacib olduğunu dərk etdi: "Türkiyə isə həm iqtisadi, həm də Suriyada fəaliyyət baxımından Rusiya ilə münasibətlərin normallaşması vacibliyini başa düşdü. İki ölkə bəzi mövzularda fərqli yanaşmalara malik olsalar da, daha belə bir böhran yaşamayacağlarını demək mümkündür. Bundan başqa Avropa İttifaqı və ABŞ-ın Türkiyəyə yönəlik mənfi siyasətinə qarşı Rusiya və Avrasiyanın alternativliyi istiqamətində daha çox düşünülməyə başlanıldı".
Politoloq deyib ki, Aİ ikiüzlü siyasətini davam etdirdikcə Türkiyə Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) və digər qurumlarda yer axtaracaq: "Türkiyə hazırda Şərqlə Qərb arasında tarazlığı təmin edən coğrafi mövqedədir. Bu halda keçmişdə olduğu kimi Avropanın istədiyi bir Türkiyə olmayacaq. Rusiya isə sırf fəaliyyətinin zəifləyəcəyindən ehtiyat edərək Türkiyənin Aİİ və ŞƏT-də üzvlüyünə mənfi rəftarını dəyişdirmək məcburiyyətindədir. Rusiyanın Donald Trampın prezident seçilməsinən müsbət gözləntiləri var, amma fərqli proseslər gözləməyinə əyməz. ABŞ, Rusiyanı Şərqi Avropa, Qara dəniz və Qafqazdan kənarda saxlamaq siyasətini dayandırmayacaq. İndiki vaxtda həm Rusiya, həm də ABŞ, Türkiyənin alternativsiz olmadığını anlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB